ABŞ Kiyevə verəcəyi silahların siyahısını hazırlayır | VİDEO

   ABŞ Kiyevə verəcəyi silahların siyahısını hazırlayır | VİDEO
  17 İyul 2025    Oxunub:682
ABŞ hələ Ukraynanın almaq istədiyi silah transferinin siyahısını öyrənir.
AzVision.az xəbər verir ki, məbələrə istinad edən “Associated Press (AP)” agentliyinin yaydığı məlumata görə, bu siyahıya “Patriot” və “Advanced Precision Kill Weapon Systems” hava hücumundan müdafiə (HHM) sistemləri, “ATACMS” uzaq mənzilli raketlər, “NASAM” qısa və orta mənzilli “yer-hava” raketləri kimi müdafiə silahları daxildir.

“Amerika liderinin planına görə, NATO üzvü olan ölkələr Kiyevə milyardlarla dollar dəyərində silah ötürəcək, sonra isə onların əvəzini ABŞ-dən alacaq. Amma, məsələn, “Patriot”un istehsalı beş ilə qədər çəkə bilər. 155 mm-lik artilleriya mərmiləri kimi daha kiçik döyüş sursatları isə daha qısa müddət ərzində istehsal oluna bilər”, - məqalənin müəllifi vurğulayır.

The Hill: “Moskva Trampın ultimatumuna məhəl qoymur” | VİDEO
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də NATO müttəfiqləri vasitəsilə, o cümlədən “Patriot” HHM sistemləri də daxil olmaqla Kiyevə yeni silah tədarükü sxemini açıqlayıb. Bundan əlavə, Amerika lideri 50 gün ərzində hərbi əməliyyatlar dayanmasa, Vaşinqtonun Rusiyaya və onun tərəfdaşlarına qarşı 100%-lik ikinci dərəcəli tariflər tətbiq edəcəyini açıqlayıb.

Lakin Amerikanın “The Hill” də daxil olmaqla, bir neçə nəşri Moskvanın Trampın ultimatumuna məhəl qoymadığını bildirirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   silahlar  



Xəbər lenti